Bir həftə cəngəllikdə tək, susuz və qidasız qalan 75 yaşlı turist qadın sağ tapılıb - FOTO/VİDEO

18-05-2022, 08:48           
Bir həftə cəngəllikdə tək, susuz və qidasız qalan 75 yaşlı turist qadın sağ tapılıb - FOTO/VİDEO
Tailandda yeddi gün vəhşi cəngəllikdə su və yeməksiz yaşayan və möcüzə nəticəsində sağ qalan yaşlı qadın xilas edilib.

Almaniyadan olan 75 yaşlı turist Barbara Elizabet Monika Qleq Lenq Phuketdəki hoteldən gəzinti üçün çıxıb və bir həftə ondan məlumat almaq mümkün olmayıb.

Yerli polis qadının tapılması üçün genişmiqyaslı axtarışlar təşkil edib - xilasedicilər bir neçə gün helikopterlərlə ətrafa baxış keçiriblər. Lakin turist qadın təsadüfən aşkar olunub. Evlərindən bir qədər aralıda cəngəllikdə gəzən dağ kəndindən olan oğlan yerdə uzanmış qadını görüb.

Səyahətçi qadına ilkin tibbi yardım göstərilib və sonrakı müayinə üçün tibb məntəqəsinə aparılıb. İlkin məlumatlara görə, Lenq Alzheymer xəstəliyindən əziyyət çəkir.





Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru