İsrail koronavirus məhdudiyyətlərini ləğv edir

18-05-2022, 09:48           
İsrail koronavirus məhdudiyyətlərini ləğv edir
İsrail Səhiyyə Nazirliyi ölkəyə uçmazdan əvvəl PCR testlərindən keçmək tələbinin ləğv edildiyini açıqlayıb.

Ölkənin Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni qaydalar 21 may 2022-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, bir müddət öncə İsrailə gəldikdən sonra hava limanında PCR testi məcburiyyəti aradan qaldırılıb.

Bununla belə, nazirlikdən bildirilib ki, İsrailə yola düşməzdən əvvəl 48 saat ərzində xüsusi bəyannamə doldurmaq, həmçinin beynəlxalq uçuş zamanı maska ​​taxmaq vacibdir.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru