Rusiya hərbi helikopteri Gürcüstanın hava məkanını pozub?

19-05-2022, 00:02           
Rusiya hərbi helikopteri Gürcüstanın hava məkanını pozub?
Rusiya hərbi aviasiyasına məxsus helikopter Gürcüstanın hava məkanını pozub. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hərbi helikopteri Şida Kartli bölgəsinin Mereta kəndi yaxınlığında görünüb.

Gürcüstanın Müdafiə Nazirliyi məlumatlarla bağlı bəyanat yayıb. Bildirilib ki, “Mİ-24” və “Irokez” tipli helikopterlər ölkənin Müdafiə Qüvvələrinə məxsusdur və onlar Orpolo poliqonunda planlaşdırılmış “Gelati 2022” hərbi təlimində iştirak edirlər.

Nazirlik mətbuatı təlim zamanı istifadə olunan hərbi texnikanın yerdəyişməsi ilə bağlı yalnız yoxlanılmış və dəqiqləşdirilmiş informasiyalar yaymağa və cəmiyyətdə gərəksiz gərginlik yaratmamağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru