İŞİD-lə əlaqədə günahlandırılan fransız şirkəti mühakimə olunacaq

19-05-2022, 09:48           
İŞİD-lə əlaqədə günahlandırılan fransız şirkəti mühakimə olunacaq
Fransanın “Lafarge” şirkəti İŞİD-i maliyyələşdirdiyinə görə “insanlığa qarşı cinayətlərdə iştirak” ittihamı ilə mühakimə olunacaq.

Yayılan məlumatlara görə, sement istehsalçısı Suriyada terror təşkilatının fəaliyyətinə yardım göstərməkdə günahlandırılır.

Fransa Ali Məhkəməsinin 2021-ci ilin sentyabrında təsdiqlədiyi ittiham bu gün Paris Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Bununla da, “Lafarge” şirkətnə qarşı istintaqın davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, sement istehsalçısına qarşı ilk iddialar hələ 2017-ci ildə irəli sürülüb.

Mənbə: “Anadolu”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru