Qeyri-adi təbiət hadisəsi görənləri heyrətə gətirdi – VİDEO
20-05-2022, 09:33
Uruqvayda “Yakekan” qasırğası zamanı qeyri-adi təbiət hadisəsi lentə alınıb. Belə ki, Punta del Este şəhərinin Atlantik sahilləri dəniz köpüyü ilə dolub-daşıb. Dəniz bioloqlarının fikrincə, köpük suyun tərkibində çoxlu miqdarda mikroyosun olması səbəbindən əmələ gəlib.
Bildirilir ki, siklon özü ilə 130 km/saata çatan küləkləri də gətirib. Nəticədə ölkədə yüz minlərlə ev işıqsız qalıb, dağıntılar qeydə alınıb. Azı iki nəfərin öldüyü bildirilir. UNİAN