“Ethereum”un yaradıcısı artıq milyarder deyil

21-05-2022, 11:27           
“Ethereum”un yaradıcısı artıq milyarder deyil
“Ethereum” blokçeyn platformasının və eyni adlı kriptovalyutanın yaradıcısı Vitalik Buterin artıq milyarder olmadığını bildirib. Buterin “Twitter”də, “SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın və “Amazon”un qurucusu Ceff Bezosun sosial media fəaliyyəti haqqında yazısına şərhdə “Yeri gəlmişkən, mən artıq milyarder deyiləm” yazıb. “Forbes” 2021-ci ilin dekabr ayında Buterini yeni milyarderlərin siyahısına daxil etmişdi. Onun xalis sərvəti təxminən 1,3 milyard dollar idi.
Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru