Sürücüsüz avtomobil iki piyadanı vurdu - FOTO/VİDEO 24-05-2022, 09:04 Rusiyada qəribə qəza baş verib.Belə ki, sürücüsü olmayan avtomobil iki nəfəri vurub. Ehtimal ki, sürücü maşını park rejimində qoymağı unudub.Bununla bağlı yayılan kadrlardan avtomobilin arxa-arxaya hərəkət edib, yolu keçib, işıqforda dayanan piyadaları vurduğu görünür. Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib, digəri isə ambulator müalicəyə göndərilib.Mənbə: Vl.ru Facebook-da paylaş