Mark Zukerberq məhkəməyə verildi

24-05-2022, 09:54           
Mark Zukerberq məhkəməyə verildi
ABŞ-ın Kolumbiya paytaxt dairəsinin baş prokuroru Karl Rasin “Meta” şirkətinin rəhbəri Mark Zukerberqi istifadəçi məlumatlarını “Cambridge Analytica” analitik firması ilə paylaşdığına görə məhkəməyə verib.

Müvafiq iddia məhkəmənin məlumat bazasında dərc edilib.

Rasin Zukerberqi milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarını yaymaqda, eləcə də məxfiliyin qorunması ilə bağlı istifadəçiləri aldatmaqda ittiham edib.

O, bildirib ki, korporativ liderlər, o cümlədən şirkət rəhbərləri öz hərəkətlərinə görə cavabdehlik daşımalıdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru