İranın İsfahan əyalətində F-7 qırıcısı qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Ətraflı
Bildirilib ki, hadisə nəticəsində təyyarənin hər iki pilotu ölüb. Ölənlər mayor və baş leytenantdır.
Qeyd edək ki, Çin istehsalı olan F-7 çoxməqsədli qırıcısı sovet MiQ-21 təyyarəsinin surətindən ibarətdir. Hazırda bu təyyarə əsasən üçüncü dünya ölkələrinin inventarındadır.