Ukraynalılar "kadırovçular"ı belə məhv etdilər - VİDEO

24-05-2022, 12:10           
Ukraynalılar "kadırovçular"ı belə məhv etdilər - VİDEO
Ukrayna mediası Rusiya qoşunlarının verdiyi itkilərə dair yeni video yayıb. Teref.az AzVision.az-a istinadla xəbər verir ki, saytlar bu dəfə daha çox "kadırovçular" kimi tanınan çeçen döyüşçülərin öldürüldüyünü yazıblar.

"Bildirilir ki, 57-ci briqadanın əsgərləri Luqansk vilayətində “kadırovçuları” və digər muzdluları uğurlu şəkildə məhv ediblər.

"Dronla qeydə alınan görüntülərdə mövqelərimizə hücum etməyə cəhd edən düşmən ordunun xüsusi bölməsinin verdiyi itkilər əks olunub. Uğurlu əməliyyatı reallaşdıran qəhrəman hərbçilərimiz əsasən "kadırovçulardan" ibarət olan muzdluları, işğalçı qrupları yerindəcə məhv ediblər. Onlar ya meyitləri döyüş meydanında qoyub qaçıblar, ya da özləri üçün vacib saydıqları hansısa komandir və ya zabitlərin cəsədlərini sürüyərək avtomobilə yükləyiblər. Hücuma keçən işğalçıların tələyə düşərək məhv edilməsi əməliyyatı Ukraynanın müxtəlif bölgələrində dəfələrlə uğurlu şəkildə icra olunub", - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, hərb dilində "ət maşını" adlandırılan əməliyyatdan sağ çıxmaq ehtimalı xeyli azdır. Əgər 40 əsgər hücum edərkən tələyə düşərək dörd bir tərəfdən atəşə məruz qalırsa, oradan yalnız 4-5 nəfərin geri qayıtması mümkündür.


Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibə başlayandan bəri döyüş bölgələrinə xeyli sayda çeçen döyüşçü göndərib. O, dəfələrlə sosial şəbəkələrdə paylaşım edərək əsgərlərinin itki vermədiyini, əksinə uğurla fəaliyyət göstərdiklərini iddia edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.