Xanımının atışmada ölməyinə dözmədi, 2 gün sonra ürəyi partladı - Fotolar

27-05-2022, 12:08           
Xanımının atışmada ölməyinə dözmədi,
Xəbər verdiyimiz kimi, mayın 24-ü ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai məktəbdə atışma nəticəsində 19 şagird və 2 müəllim həlak olub.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, atışma nəticəsində həlak olanlardan biri də müəllim İrma Qarsiya olub. Lakin ailəyə daha bir faciə üz verib. Belə ki, İrma Qarsiyanın həyat yoldaşı Co Qarsiya xanımının vəfatına dözməyərək ürəktutmadan dünyasını dəyişib.

Bu barədə məlumatı isə cütlüyün qohumlarından biri sosial şəbəkədə paylaşıb. Bildirilir ki, Co Qarsiya mayın 26-sı faciə qurbanları üçün təşkil edilən memorialı ziyarət edib. O, evə geri döndükdə isə dünyasını dəyişib.

Co və İrma Qarsiya 24 il evli olub. Onların 4 övladı var.

Qeyd edək ki, bəzi məlumatlara görə, 18 uşaq və 3 böyük şəxs hadisənin qurbanı olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru