DƏHŞƏT!!!Bakıda ruhi xəstə 8 yaşlı qızı zorlayıb
2-05-2016, 22:39
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 8 yaşlı qız tanımadığı şəxs tərəfindən cinsi təcavüzə uğrayıb. Movqe.az-ın eksklüziv olaraq əldə etdiyi xəbərə görə, hadisə sözügedən qəsəbədə 8 yaşlı G. M-nın (adı şərtidir) yaşadığı binanın blokunda qeydə alınıb.
Hadisəni törədən şəxs isə Sabunçu rayonu Zabrat qəsəbə sakini Vəhullah Allahyarovdur. Suraxanı rayonu, 13-cü polis bölməsindən əldə etdiyimiz məlumata görə, 8 yaşlı qıza cinsi təcavüz edən V. Allahyarov iki gün öncə tutularaq prokurorluq orqanına təhvil verilib.
V. Allahyarovun nənəsi öz ifadəsində nəvəsinin ruhi xəstə kimi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu qeyd edib. V. Allahyarovun nənəsi nəvəsinin yenicə sözügedən müəssisədə müalicə olunaraq çıxdığını bildirib. Məsələni dəqiqləşdirmək üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimin müavini Aydın Səmədovla əlaqə saxladıq. A. Səmədov tibb müəssisəsinin qapalı xəstəxana olduğunu, xəstələrlə bağlı məlumat verilməyin qadağan olunduğunu söylədi. Suraxanı rayon prokurorluğundan isə hadisəni təsdiqləsələr də, fakta dair ətraflı məlumat verməkdən imtina etdilər.
Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, 8 yaşlı G.M-ya təcavüz edən Vəhlullah Allahyarovun 19 yaşı var.