Polis mayoru intihar etdi

12-05-2015, 15:09           
Polis mayoru intihar etdi
Gəncə şəhərində intihar hadisəsi baş verib. "Report" xəbəbr verir ki, mayın 11-də günorta saatlarında Gəncə şəhərində 1964-cü il təvəllüdlü Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib.

Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələsində aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomoya birliyinin Gəncə şəhər şöbəsində aparılıb, müayinə olunaraq aiddiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, intihar etmiş şəxs Gəncə şəhər baş polis idarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi qaldırılıb, intiharın səbəbi araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.