"AAAF Park"da 18 yaşlı qız özünü binadan atdı 21-09-2022, 11:37 Abşeronda intihar hadisəsi olub.Teref.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksində baş verib. Burada yaşayan 18 yaşlı Səfərli Mətanət Məhərrəm qızı 5-ci mərtəbədən özünü ataraq intihar edib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş