Nəhəng tanker üç balıqçının olduğu qayıqla toqquşdu - VİDEO

25-10-2022, 11:55           
Nəhəng tanker üç balıqçının olduğu qayıqla toqquşdu - VİDEO
Rusiyada Don çayında nəhəng “Suzdal” tankeri kiçik mühərrikli qayıqla toqquşub. Hadisə zamanı qayıqda üç balıqçı olub, xoşbəxtlikdən, onlar vaxtında suya tullana biliblər və xəsarət almayıblar.

Şahidlər hadisənin görüntülərini sosial şəbəkədə paylaşıblar. Artıq qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, Rostov Nəqliyyat üzrə İstintaq İdarəsinin müstəntiqləri həm toqquşmaya səbəb olan tankerin kapitanının, həm də qayıqlarda balıq tutanların hərəkətlərinə hüquqi qiymət verəcəklər.

Mənbə: LIFE












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru