Bakıda “Porshe” sürücü həbs edildi - Sərxoş halda polisləri də təhqir edib

25-10-2022, 12:18           
Bakıda “Porshe” sürücü həbs edildi -
Bakıda "Porshe” markalı avtomobili içkili halda idarə edən sürücü həbs olunub.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumata görə, hadisə bir neçə gün əvvəl gecə saat 03:45 radələrində E.Süleymanov küçəsində baş verib.

"Porshe” markalı, 77 EN 071 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxla əmri verilib. Lakin sürücü əmrə məhəl qoymayaraq, yüksək sürətlə hərəkətini davam etdirib.

O, bir qədər təqib edildikdən sonra E.Süleymanov küçəsi 49 ünvanında avtomobili saxlayıb. Sürücüyə hüquq və vəzifələri izah edilib.

DYP əməkdaşları sürücü ilə ünsiyyət zamanı ondan kəskin spirt qoxusunun gəldiyini hiss edb və həkim müayinəsinə getmək üçün avtomobilə əyləşməsini təklif olunub. Lakin, həmin şəxs yenə də tabesizlik göstərərək, polislər nalayiq ifadələrlə təhqir edib. Hadisə yerinə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları çağrılıb. Onlar sürücünü şöbəyə aparıblar.

Orada məlum olub ki, həmin şəxs 1981-ci il təvəllüdlü Bərdə rayon sakinidir.

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov sədrliyi ilə keçirilən prosesdə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilib. Onun cəzası 22 oktyabr tarixindən hesablanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru