Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində güclü partlayış baş verib.
Teref.az-ın məlumatına görə, şəhərdə avtomobilin partladığı bildirilir.
Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda partlayışın detalları araşdırılır.
Xatırladaq ki, Rusiya ordusu Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində Zaporojye vilayətinə nəzarəti ələ keçirib. Sentyabr ayında vilayətdə keçirilən “referendum”dan sonra vilayət Rusiyanın tərkibinə qatılıb.