""Qara pişiy"in iddiasına görə, Naxçıvanda dünən bir yol polisi avtoqəza törədib. Qəza nəticəsində ortaya çıxıb ki, sən demə, polis serjantı tək deyilmiş, yanında yad bir xanım da varmış. Hər ikisi də kefli. Polis serjantı onu suç üstündə yaxalayan həmkarlarına bu xanımla evli olduğunu deyib. Qısa araşdırmalar nəticəsində məlum olub ki, polis yalan deyirmiş." Teref.az yazır ki, bunu "Ovqat.com" saytının baş redaktoru Heydər Oğuz yazıb. Fikrini davam etdirərək Heydər Oğuz yazır: "Məlumata görə, bu qəza hadisəsi Naxçıvan MR DİN-də ciddi gərginliyə səbəb olub. Nazir işə qarışıb və xüsusi müşavirə keçirərək, polislərdən başqa adamı xidməti maşına oturtmamağı və iş vaxtı içməməyi tələb edib. Başqa əmr və göstərişləri də olub. Dərinə getmək istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk." Heydər Oğuz Teref.az