Ermənilər təşvişdə - "Azərbaycan yayda müharibə edəcək"

19-05-2016, 15:11           

Ermənistanın Kanadadakı keçmiş səfiri, hazırda siyasi ekspert kimi çalışan Ara Papyan Azərbaycanın yay aylarında müharibəyə başlayacağını deyib.

teref.az modern.az-a istinadən bildirir ki, Papyan hərbi əməliyyatların qısa müddətli olacağını deyib.

"İyunun 17-18-də Bakıda "Formula-1" yarışları keçiriləcək, 7-8 iyulda isə Vaşinqtonda NATO-nun sammiti keçiriləcək. Bu aralıqda Azərbaycan müharibə edərək məsələnin müzakirəsini NATO-nun gündəliyinə salacaq".

Papyanın fikrincə, baş verənlər Roma Papasının Ermənistana səfərinə mane olacaq. Keçmiş səfirin fikrincə, Rusiya Qarabağın Azərbaycan qaytarılmasında maraqlıdır.

"Bununla Kreml Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə şirnikləndirir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru