İstanbulda naxçıvanlı kriminal avtoritetə hücum olub – “Qardaşoğlu” ağır yaralanıb
27-10-2022, 00:06
Bu gün İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov güllələnib.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, Rövşən Lənkəranskinin klanına daxil olan “Qardaşoğlu” ağır yaralıdır, İstanbul klinikalarından birinə yerləşdirilib.
“Qardaşoğlu” ilə hesablaşmanın motivi məlum deyil.
Qeyd edək ki, E.Qasımovun qardaşı Emin də kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan E.Qasımov dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.