Moskvada 50-dən çox maşının iştirakı ilə zəncirvari qəza olub, yaralananlar var - VİDEO 31-10-2022, 09:38 Rusiyanın paytaxtı Moskvada 54 yüngül avtomobil, motosikl və avtobusun iştirakı ilə zəncirvari qəza olub.Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Ryabinovaya küçəsində baş verib.Bildirilib ki, olay sonucunda biri körpə olmaqla 5 nəfər zərər çəkib. Zərərçəkənlərdən ikisi xəstəxanaya qaldırılıb.Mənbə: TASS Facebook-da paylaş