Anatoli Karpov süni tənəffüs aparatına qoşuldu

1-11-2022, 08:34           
Anatoli Karpov süni tənəffüs aparatına qoşuldu
Reanimasiyada olan şahmat üzrə rusiyalı 12 qat dünya çempionu Anatoli Karpov süni tənəffüs aparatına qoşulub.

Beynəlxalq dərəcəli qrossmeysterə beyin ödəmi, sağ parietal və sağ temporal sümüklərin sınığı, başın çoxsaylı hematomaları və travmatik subaraknoid qansızma diaqnozu qoyulub. Bundan əlavə, xroniki xəstəliklər onun vəziyyətini daha da ağırlaşdırıb.

Daha əvvəl deputatın Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.

Karpovun aldığı xəsarətin məişət xarakterli olduğunu bildirilib.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru