İranda silahlı qarşıdurma: Bir zabit öldürüldü, 3-ü yaralandı - FOTO
1-11-2022, 19:42
Ötən axşam İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Sistan-Bəlucistan əyalətinin polis komandiri Əhməd Tahiri baş verən silahlı toqquşmada bir polis zabitinin həlak olduğunu, daha üç zabitin isə yaralandığını açıqlayıb.
O, silahlı qarşıdurmanın oktyabrın 31-də baş verdiyini bildirib.
Polis rəisi silahlı etnik bəlucların terrorçu qruplaşmanın üzvü olduqlarını iddia edib. O, öldürülən polisin xüsusi təyinatlı qüvvələrin zabiti Mohsen Rzayi olduğunu qeyd edib. Silahlı etnik bəlucların da öldürüldüklərini deyən Tahiri onların sayı və kimliyi barədə açıqlama verməyib. Həmçinin qruplaşmanın digər üzvlərinin saxlanılması üçün əməliyyat aparıldığını əlavə edib.
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər 1 Noyabr - 11:47 Naxçıvan DTX rəisi vəzifəsindən azad olundu