Kəlbəcərin kəndindəki bankomatı yaran ermənilər 8 milyona yaxın pul oğurladı...

2-11-2022, 11:41           
Kəlbəcərin kəndindəki bankomatı yaran ermənilər 8 milyona yaxın pul oğurladı...
2022-ci il oktyabrın 16-da bir neçə hayk gədəsi Kəlbəcər rayonununun Həsənriz kəndinin qanunsuz icma binasına daxil olub oradakı bankomatın əskinas xəzinəsini elektrik mişarıyla kəsərək pulları ələ keçiriblər.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən "Artsaxbank"a məxsus bankomatdan oğurlanan əskinaslar 7 milyon 951 min erməni dramı, yaxud 19 min ABŞ dollarına yaxın məbləğdə olub.

Xankəndindəki qondarma “prokurorluq” oğurluğu törədənlərdən iki nəfərin həbs edilməsi haqda məlumat yayıb.

Xatırladaq ki, 1991-ci ilədək keçmiş Mardakert rayonuna daxil olan və “Aterk” adlanmış Həsənriz kəndi 1992-ci ildən Azərbaycan hökumətinin müvafiq qərarıyla Kəlbəcər rayonunun tərkibinə daxil edilib. Hazırda kənddə Rusiya “sülhməramlı”larının himayəsi altında hayklar məskunlaşıb...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru