Dardanel boğazından gəmilərin keçidi dumana görə dayandırılıb

5-11-2022, 11:13           
Dardanel boğazından gəmilərin keçidi dumana görə dayandırılıb
Dardanel boğazından gəmilərin keçidi dumana görə müvəqqəti dayandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Egeyi Mərmərə dənizi ilə, Bosfor boğazından keçməklə Qara dənizlə birləşdirən Dardanel boğazına Nəzarət Departamenti məlumat yayıb.

"Dardanel boğazından hər iki istiqamətə keçid dayandırılıb. Şimal və cənubdan boğaza doğru hərəkət edən bütün gəmilərə bu barədə xəbərdarlıq edilib. Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq", - məlumatda deyilir.

Xatırladaq ki, Dardanel boğazından gündə orta hesabla 100-dən çox gəmi keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru