“Telegram”da yeni funksiya istifadəyə verildi

6-11-2022, 10:43           
“Telegram”da yeni funksiya istifadəyə verildi
“Telegram” üçün messencerə bir sıra yeni funksiyalar əlavə edən yeniləmə buraxılıb.

Publika.az xəbər verir ki, yeniliklərdən biri də eyni hesabı bir neçə istifadəçi adı ilə əlaqələndirmək imkanıdır.

Əlavə istifadəçi adlarının ödənişli imtiyaz olduğu qeyd olunur. Onları “Fragment” adlı xüsusi auksion platformasında almaq olar.


Əlavə adlar orijinal adlardan beş simvoldan qısa ola bilməsi ilə fərqlənir. İstənilən halda, onlar satıla və ya ləğv edilə bilər.

“Telegram Premium” istifadəçiləri də kiçik təkmilləşdirmələr əldə ediblər. Məsələn, indi onlar təkcə audio mesajları deyil, həm də video mesajları mətnə ​​çevirə bilərlər.

Həmçinin ödənişli abunə sahibləri üçün 12 yeni emoji peyda olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru