İtaliyalı aktrisa Klaudiya Kardinale 87 yaşında Paris bölgəsində vəfat edib.
Bu barədə AFP məlumat yayıb.
Kardinale 20-ci əsr italyan kinosunun ən məşhur aktrisalarından biri olub. O, Lukino Viskonti, Federiko Fellini və Sercio Leone də daxil olmaqla, bir çox başqa rejissorların məşhur filmlərində rol alıb.
Aktrisanın ən populyar filmləri arasında "Bəbir", "8.5", "Rokko və onun qardaşları", "Bir zamanlar Qərbdə" əsərləri var.