Çılpaq şəkilləri ilə şantaj edilən axunddan ŞOK AÇIQLAMA: ''Dostumun arvadı idi...''
21-05-2016, 22:15
Xəbər verdiyimiz kimi, Masallı rayonunda qəribə dələduzluq faktı qeydə alınıb. Cəlilabad rayon sakini Aytən Şahbazova axundluqla məşğul olan rayon sakini 1939-cu il təvəllüdlü Əlihəsən Hüseynovu onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1400 manat pul istəyib. Şantajla üzləşən 77 yaşlı din xadimi həmin qadına istədiyi pulu verib. O, daha sonra bu barədə polisə məlumat verib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynovdan 1400 manatı almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.
Şantaja məruz qalan 77 yaşlı Əlihəsən Hüseynov başına gələn hadisə ilə bağlı AzVision.az-a açıqlama verib.
Əvvəlcədən tanıdğı qadın tərəfindən rüsvayedici şəkillərlə şantaj edildiyini deyən din xadimi bu işdə günahının olmadığını bildirib.
"Hadisə ilə bağlı iki vəkil tutmuşam. O qadın mənim 1400 manata yaxın pulumu mənimsəyib. Hansı ki, heç bir təqsirim olmayıb. Halal zəhmətimlə qazandığım pulu şantaj yolu ilə məndən alıb. Bir il səkkiz aydır idi ki, o qadın məni şantaj edirdi. Mən abrımdan, hörmətimdən ehtiyat edərək ona istədiyi pulu verirdim. Mənim yerimdə başqası olsaydı, çoxdan vəfat edərdi. Mən Allaha sığınıb, səbr edirdim. Azərbaycanda bütün din xadimləri məni tanıyırlar. Şeyxülislam Allahşükür Paşazadə şəxsən məni tanıyır. Onunla dostluq münasibətlərimiz var”.
Əlihəsən Hüseynov onu şantaj edən Aytən Şahbazovanın dostunun həyat yoldaşı olduğunu vurğulayıb.
"O, mənim dostumun arvadıdır. Heç vaxt belə oyunla rastlaşacağımı gözləməzdim. Allah cəzasını verəcək. Mən yalnız Allaha sığınıram”,-deyə din xadimi qeyd edib.
Ə.Hüseynov Aytən Şahbazova ilə heç vaxt yaxın münasibətdə olmadığını, şantaja səbəb ola biləcək hərəkətlərə yol vermədiyini bildirib: "Mən din adamıyam. Onunla heç bir münasibət ola bilməz. Dostumun arvadı olub. Ona heç vaxt pis gözlə baxa bilmərəm. Bilmirəm niyə belə hərəkət elədi? Yəqin məndən pul almaq üçün”.
Axundun oğlu Əli Hüseynovun fikrincə, Aytən Şahbazova indiyədək atasından 20 min manata qədər pul alıb.
"Atam dindar insandır. Rayonda böyük hörmət sahibidir. Məmurdan tutmuş sadə insanlara qədər hamı ona hörmət edir. Həmin qadın 2 ilə yaxındır atamı şantaj edirmiş. Biz bundan təzə xəbər tutmuşuq. Atam abrından bunu hamıdan gizlədib. Yaxşı ki, bu işin üstü açıldı. Həmin qadın etdiyi cinayətə görə cəzasını çəkər, ağlı başına gələr”.