İndoneziya sahillərində zəlzələ oldu

18-03-2023, 11:44           
İndoneziya sahillərində zəlzələ oldu
Cümə günü İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərdən çox əhalisi olan Yoqyakarta şəhərindən 140 km cənub-qərbdə yerləşib. Mənbə 58 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsi elan olunmayıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.