Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı

30-03-2023, 12:24           
Anasının mumiyalanmış cəsədi ilə 13 il televizora baxdı
Polşada Marian adlı kişi anasının mumiyası ilə illərlə yaşayıb, divanda oturaraq onunla televizora baxıb.

Qadının meyiti Marianın kürəkəni onu ziyarət etmək qərarına gələndə tapılıb. O, kişinin özünü qəribə apardığını görüb və təcili yardım çağırmaq qərarına gəlib. Gələn həkimlər polşalının evinə girib və divanda uzanmış meyit tapıblar.

DNT analizi nəticəsində cəsədin Marianın 2010-cu ildə dünyasını dəyişən anasına məxsus olduğu ortaya çıxıb.

Məlumata görə, qadın 13 il əvvəl dünyasını dəyişib. Marian bu itkinin ağırlığına tab gətirə bilməyib, nəhayət qadını məzarından çıxarıb. Anasının mumiyalanmış cəsədini “mükəmməl vəziyyətdə” saxlayan 76 yaşlı kişi televizora baxarkən onunla danışıb.
Yerli sakinlər təqaüdçünün tək yaşadığını və insanlarla təmasdan qaçdığını bildiriblər.

Kişi həbs edilib və meyiti təhqir etməkdə ittiham olunub. Qadının cəsədi yenidən basdırılıb.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru