Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi

31-03-2023, 12:24           
Rusiyada balaca qızcığazın udduğu maqnit şarlar onu xəstəxanalıq etdi
Moskvada balaca qız maqnit konstruktordan 12 top udub. Toplar bir-birinə cəzb olunaraq bağırsaqların divarlarını doqquz yerdən deşiblər.

Hadisənin detallarını Rusiya paytaxtının Səhiyyə Departamentinin mətbuat xidmətindən bildirilib.

“Paytaxt poliklinikalarından birinə valideynlər müraciət edərək qızlarının dayanmadan qusduğunu deyiblər. Rentgen şüaları onun bədənində yad cisimlərin olduğunu göstərdi. Sonradan məlum oldu ki, bunlar konstruktorun 12 maqnit topu olub. Qızcığaz təcili olaraq cərrahi müdaxilə üçün xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən, valideynlər vaxtında pediatra müraciət ediblər. Bir-iki gün sonra uşağın qarın boşluğunda iltihablı proses başlaya bilərdi”, - deyə departamentdən bildirilib.

Məlumata görə maqnit topları uşağın orqanizmində bir-birini çəkərək nazik bağırsağın ilgəklərini sıxmağa başlayıb və bu da bağırsaq keçməzliyinə səbəb olub. Həmçinin, toplar bağırsağın divarlarını dəlmə-deşik ediblər.
Uşaq xəstəxanasının cərrahi briqadası dərhal açıq əməliyyat keçirib. Həkimlər maqnit toplarını çıxarıb, bağırsaq deşiklərini də tikiblər. Əməliyyatdan 10 gün sonra qız evə buraxılıb. Qızın valideynlərinin dediyinə görə, onların evində maqnit konstruktorlar yoxdur, lakin uşaq təhlükəli oyuncağı qonaqlıqda tapa bilərdi.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru