6 yaşlı qızı evləndirən təriqətin binası başına yıxılıb - FOTO

31-03-2023, 10:06           
6 yaşlı qızı evləndirən təriqətin binası başına yıxılıb - FOTO
Türkiyədə 6 yaşlı qızı evləndirməklə gündəmə gələn təriqətin binası başına yıxılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamöğlu tərəfindən qapısı möhürləndirilən Hiranur Vəqfinin Sansaktəpə deyilən ərazidəki mərkəzi ofisi sökülüb.

Məlumata görə, söküntü zamanı İsmailağa təriqətinin Hiranur Vəqfinin üzvləri bələdiyyə işçilərinə mane olmaq istəyib. Lakin qısa mübahisədən sonra bələdiyyə əlindənki məhkəmə qərarı əsasında binanı söküb.

Xatırladaq ki, İsmailağa təriqətinin Hiranur Vəqfinin qurucularından biri Yusuf Ziya Gümüşelin bir şagirdi ilə 6 yaşlı qızı evləndirməsi böyük skandal yaradıb. Bu faktın üstü açıldıqdan sonra vəqfdə həbslər həyata keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru