Molla rejiminə xidmət edən daha 5 nəfər tutuldu – CASUS ŞƏBƏKƏSİ
31-03-2023, 16:46
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
TEREF.AZ-ın məlumatına görə, Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onlar - Müsəlman Birliyi Hərəkatının üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Kərbəlayi Vüsal və Kərbəlayi İlyasdır.
Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.