Azərbaycanlı iş adamı Türkiyədə ürəyindən güllələndi - VİDEO

2-04-2023, 09:34           
Azərbaycanlı iş adamı Türkiyədə ürəyindən güllələndi - VİDEO
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisə Ankarada baş verib.
Məlumata görə, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb. Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə dəyib.Hadisə yerinə dərhal polis və təcili yardım cəlb edilib. Dikbaş hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub.

Azərbaycanlı iş adamı Şamil Xalid isə Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

//oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru