Mağaza yaxılığında atışma : Ölən və yaralananlar var 2-04-2023, 09:06 ABŞ-da silahlı insident baş verib.Lent.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.Los-Ancelesdəki ərzaq mağazası yaxınlığında açılan atəş nəticəsində bir nəfər ölüb, üçü isə ağır yaralanıb.Los-Anceles Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, atışma yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 2 aprel 02:45) baş verib.Polis şübhəlinin nəzarətə alındığını bildirib.Hadisənin səbəbləri məlum deyil. Facebook-da paylaş