Sankt-Peterburqda partlayış törətməkdə şübhəli bilinən gənc qız saxlanılıb – VİDEO

3-04-2023, 11:08           
Sankt-Peterburqda partlayış törətməkdə şübhəli bilinən gənc qız saxlanılıb –  VİDEO
Hərbi müxbir Vladlen Tatarskinin qətlində şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

O, müstəntiqin yanına aparılıb. İstintaq hesab edir ki, Trepova kafeyə içində partlayıcı olan heykəlcik gətirib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Universitetskaya sahilindəki kafedə hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən zaman partlayış olub.

Belə ki, Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Nəticədə V.Tatarski həlak olub, 30 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru