Dövlət qurumundan 20 min manatlıq oğurluq 5-04-2023, 11:21 “Azərişıq” ASC-nin Gəncə şəhərində yerləşən yarımstansiyadan oğurluq olub. Oxu.Az xəbər verir ki, stansiyadan ümumi dəyərli 20 min manata yaxın olan iki ədəd vakuum açarı oğurlanıb. Məsələ ilə bağlı qurum hüquq-mühafizə orqanlarına müraciət edib.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş