Sülh müqaviləsinin imzalandığı qələm neçəyədir?
Bu gün, 15:14
ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev 8 avqust 2025-ci il tarixində Ağ Evdə Ermənistan Baş naziri Nikol Paşinyanla birlikdə tarixi sülh və əməkdaşlıq sazişini parafladılar. Bu sülh müqaviləsinin imzalandığı qələm insanların diqqətini çəkib.
Valyuta.az xəbər verir ki, bu qələm Cross firmasına məxsus olan Ağ Evə xüsusi olaraq göndərilən, Cross Sharpie marker modeli olub. Əvvəllər isə bu marka Ağ Ev üçün Cross Century II modelini göndərirdi.
Tramp-ın əvvəl istifadə etdiyi Cross Century II qələmi üçün hazırkı bazar qiyməti ortalama olaraq 145–180 dollar arasında dəyişir. İndi sülh müqaviləsini imzaladığı Cross Sharpie marker modeli isə rəsmi satışı olmasa da, bazarda nadir nümunələri 1000-1300 ABŞ dolları arasında dəyişir.
Bu markanın Cross Peerless 125, Cross Townsend Lapis Lazuli, Cross Apogee, Cross Sauvage Special Edition kimi bahalı və limitli seriyaları da var.
Cross Peerless 125 – Brendin 125 illik yubileyi üçün buraxılıb. Qızıl, gümüş və platin variantları mövcuddur. Qiyməti 500 – 1500 dollar arasında dəyişir.
Cross Townsend Lapis Lazuli – Göy “lapis lazuli” daş örtüklü, qızıl detalı var. Əsl kolleksiya əşyasıdır. Qiyməti 1000 dollardan yuxarıdır.
Cross Apogee – Zərif və bahalı materiallarla işlənib. Məhdud sayda istehsal olunub. Qiyməti 400-800 dollar arasında dəyişir.
Cross Sauvage Special – İncə naxışlar, unikal dizayn və xüsusi seriya üçün hazırlanıb. Qiyməti 300-600 dollar arasında dəyişir.