Sinəsinə çəyirtkə qonan Cennifer Lopesin gözlənilməz hərəkəti pərəstişkarlarını təəccübləndirdi VİDEO

Bu gün, 16:08           
Sinəsinə çəyirtkə qonan Cennifer Lopesin gözlənilməz hərəkəti pərəstişkarlarını təəccübləndirdi  VİDEO
Qazaxıstanda Cennifer Lopesin konserti zamanı dünya ulduzunun həqiqi peşəkarlığını nümayiş etdirən gözlənilməz hadisə baş verib. Belə ki, Almatı şəhərində final çıxışı zamanı ulduzun sinəsinə çəyirtkə qonub, lakin ifaçı qorxmayaraq, eleqant hərəkətlə onu kənara atıb.

Bu barədə Lopes özünün sosial şəbəkə hesabından görüntülər paylaşıb.

Kadrlarda həşəratın məşhur ifaçının boğazına doğru hərəkəti əks olunub. Ancaq ulduz özünü itirmir - arzuolunmaz "pərəstişkarı" boğazına qalxdıqdan sonra, kompozisiyanın ritminə mükəmməl uyğunlaşan dəqiq əl hərəkəti ilə və zərifliklə onu özündən uzaqlaşdırır.
Bu gözlənilməz anı əks etdirən video sosial şəbəkələrdə dərhal viral olub. İstifadəçilər Lopesin qeyri-standart vəziyyətdə inanılmaz dözümünü təqdir ediblər. Həmçinin Qazaxıstanın yerli seqmentində həmin çəyirtkənin bir milyon tengeyə (təxminən 3.1 min manat) satışı ilə bağlı elanlar peyda olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru