Şerbakov xəstəxanaya yerləşdirilib

Bu gün, 15:24           
Şerbakov xəstəxanaya yerləşdirilib
Rusiyanın xalq artisti, məşhur aktyor Boris Şerbakov xəstəxanaya yerləşdirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Şerbakov xalçanın üzərindən keçərkən ayağı sürüşərək yıxılıb. Bundan sonra o, xəstəxanaya yerləşdirilib. Ona bud nahiyəsinin əzilməsi diaqnozu qoyulub. Sənətçi Mash-a özünü yaxşı hiss etdiyini bildirib. O, tezliklə sağalacağına ümid edir.

Xatırladaq ki, dekabrın 5-də də Şerbakovun təcili olaraq xəstəxanaya aparılması barədə məlumat yayılmışdı. Həmin vaxt o, binanın girişində siqaret çəkərkən huşunu itirmişdi.

Daha sonra sənətçinin yaxınları bəyan ediblər ki, Şerbakov beyin silkələnməsi və üz sümüklərinin sınığı, əziklər, yumşaq toxumaların şişməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru