Ermənistanda oğlu 86 yaşlı anasını öldürüb...

8-05-2023, 11:54           
Ermənistanda oğlu 86 yaşlı anasını öldürüb...
Bir gün əvvəl, mayın 6-da Qeqarkunik rayonunda xüsusilə vəhşicəsinə qətl törədilib.
“Shamshyan.com” saytının məlumatına görə, saat 20:50 radələrində Sevan polisinə “Sevan” tibb məntəqəsindən bir qrup növbətçi həkimin Lçaşen kəndinə çağırış üçün getdiyi və evlərin birində qadın meyiti tapıldığı barədə məlumat daxil olub.
Mərhumun oğlu anasının qəflətən dünyasını dəyişdiyini bildirib.
Polis və müstəntiqlər sözügedən evin yataq otağında 86 yaşlı evin sakin Katya H.-nin üzərində zorakılıq izləri olan meyitini aşkar ediblər.
Mərhumun oğlu polisi və müstəntiqləri anasının qəfil öldüyünə inandırmağa çalışıb və məhkəmə-tibb həkimi hadisə yerində olarkən polis bu ifadənin doğru olmadığını görüb. Məhkəmə-tibb eksperti onu da bildirib ki, mərhumun göz ətrafında qançır izləri, burun və ağız ətrafında qanlı izlər, boyun nahiyəsində yara, sağ qolunda isə qançır var.
Qətldə əsaslı şübhə ilə polis mərhumun 50 yaşlı oğlu, İrəvan sakini Zaven H-i saxlayıb və Sevan RPİ-yə gətirib. Oradan saxlanılan şəxs istintaq şöbəsinə aparılıb. Müstəntiqin qərarı ilə Zaven X. saxlanılıb.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru