“Vaqner”in rəhbəri Putini hədələdi: “Parad bitənə qədər vaxtın var, videonu yayacam”

9-05-2023, 17:09           
“Vaqner”in rəhbəri Putini hədələdi: “Parad bitənə qədər vaxtın var, videonu yayacam”
“Vaqner”in lideri Priqojin Putinə Moskvadakı paradın bitməsinə qədər vaxt verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Yevgeni Priqojin videomüraciətində bildirib.

O, Putini cəbhədəki vəziyyətlə bağlı həqiqəti açıqlayacağı ilə hədələyib.

Yayılan videoda Priqojin bu gün Moskvada keçirilən parad başa çatana qədər döyüş sursatı ilə təmin olunmasa, cəbhədəki acınacaqlı vəziyyətlə bağlı əsl həqiqəti söyləyəcək video yayımlayacağını bildirib.

“Biz tam videonu göstərəcəyik. Orada döyüş sursatı ilə bağlı vəziyyəti deyəcəyəm, zəfər paradı başa çatdıqdan sonra düz saat 10:40-da. Əgər birdən döyüş sursatı alsaq, onda göstərməyəcəyik”, – deyə Priqojin Putini hədələyib.(konkret.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru