İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənub bölgələrinə hava zərbələri endirib. Bu barədə ordunun mətbuat xidmətinin mayın 9-da yaydığı məlumatda deyilir. Bildirilir ki, İsrail aviasiyası Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində bir qrup terrorçuya tank əleyhinə idarə olunan raketlərlə hücum edib. Gecə saatlarında edilən zərbələr nəticəsində ölənlərin ümumi sayı 4 qadın və 4 uşaq da daxil olmaqla 13-ə çatıb. Bundan əlavə, 20 nəfərin yaralandığı bildirilir.