Bakıda DƏHŞƏTLİ QƏTL: Kirayə qaldıqları evdə...

10-05-2023, 00:13           
Bakıda DƏHŞƏTLİ QƏTL:
Mayın 8-də saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi, 7B ünvanında qətl hadisəsi baş verib.

Belə ki, həmin ünvanda yaşayan Elgün Nəbi oğlu Abbasov aralarında yaranmış mübahisə zamanı ögey atası Rahib Telman oğlu Mehdiyevə xəsarət yetirərək qəsdən öldürüb. Hadisə barədə danışan qonşunun sözlərinə görə, sözügedən şəxslər həmin ünvanda kirayədə qalıblar.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq davam edir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru