Sabunçuda binada partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB 10-05-2023, 08:35 Bakıda binada baş verən partlayışda xəsarət alanların adı məlum olub.APA xəbər verir ki, hadisə nəticəsində Nuruyeva Gülnarə və onun 13 yaşlı oğlu - Ağayev Kamil xəsarət alıb.Onların müalicəsi Sabunçu Tibb Mərkəzində aparılır.01:20Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış olub.“Report”un məlumatına görə, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb.Məlumata görə, yaralılardan biri 2010-cu il təvəllüdlü Ağayev K.İ-dir. Facebook-da paylaş