Müxalif Ədalət naminə Hərəkat Partiyasının Baş katibi Əsəd Ömər Pakistan Ali Məhkəməsinin binasında saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə "Daun" nəşri məlumat yayıb.
Qeyd edək ki, mayın 9-da Pakistanın sabiq baş naziri və Ədalət naminə Hərəkat Partiyasının sədri İmran Xan İslamabadda həbs olunub. O, korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında ittiham edilir.