Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Qəzza zolağında fələstinli qruplarla barışıq əldə etməyə hazır olması barədə vasitəçilər vasitəsilə İsrail hakimiyyətindən mesaj alıb.
Bizimxeber.az bildirir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Qəzzadakı radikal Fələstin qrupları ilə İsrail hakimiyyəti arasında təmaslarda Misir, Qətər və BMT nümayəndələri iştirak edir.
Bundan əvvəl İsrailin Ynet xəbər agentliyi İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, Qəzza zolağından İsrailə 200-dən çox raket atılıb , onlardan 50-yə yaxını ölkəyə çatmayıb və ya dənizə düşüb.
Mayın 10-da İsrailin baş naziri Benyamin Netanyahu ölkənin “ Qalxan və Qılınc” əməliyyatını genişləndirməyə və Qəzza zolağına daha güclü zərbələr endirməyə hazır olduğunu bəyan edib.