Azadlığa çıxan narkobaronun qarşısını hakim kəsdi - Yenidən həbs olundu
11-05-2023, 09:19

"Güero" ləqəbli meksikalı narkobaron Hektor Palma Salazarın azadlığa çıxmasının qarşısı başqa bir məhkəmənin verdiyi həbs qərarı ilə alınıb.
Salazarın Meksika əyalətindəki yüksək səviyyədə təhlükəsizliklə təmin olunan həbsxanada saxlanılmağa davam edəcəyi açıqlanıb.
Meksika Baş Prokurorluğunun (FGR) Salazarı planlaşdırılmış qətllərdə ittiham etməsindən sonra məhkəmə tərəfindən yeni qərar verilib.
2021-ci ilin mayında məhkəmə qərarı ilə azadlığa buraxılan Salazar yenidən tutuldu və iki ay sonra həbs edilib.
Onun mütəşəkkil cinayətdə iştirakı barədə ifadə verən itkin düşmüş iki şahid tapılana qədər həbsdə saxlandığı bildirilib.
Qeyd edək ki, 80-90-cı illərdə Meksikada narkotik ticarəti ilə məşğul olan Salazar 1995-ci ildə təyyarəsi qəzaya uğradıqdan sonra Meksika təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Daha sonra 2007-ci ildə Meksika rəsmiləri tərəfindən ABŞ-a ekstradisiya edilən Salazar 2016-cı ildə Meksika məhkəmə orqanlarına təhvil verilmək üçün geri göndərilib.
Hakim 28 ildir həbsdə olan Salazarın sərbəst buraxılmasına dair qərarında onun mütəşəkkil cinayətlə əlaqəsi olduğu iddialarında prokurorlar tərəfindən təqdim edilən dəlillərin əsassız, natamam olduğunu bildirmişdi.
Məlumat üçün bildirək ki, "El Çapo" ləqəbli Xoakin Quzmanla birlikdə "Sinaloa karteli"ni (Beynəlxalq narkotik şənəkəsi) yaradan və ona rəhbərlik edən Salazar barəsində dünyaca məşhur "Narcos: Mexico" serialında bəhs edilib.
