Yaponiyada güclü zəlzələ: reyslər təxirə salındı, xəsarət alanlar olub

11-05-2023, 12:14           
Yaponiyada güclü zəlzələ: reyslər təxirə salındı, xəsarət alanlar olub
Yaponiyanın Çiba əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyindən (JMA) verilən məlumata görə, zəlzələ yerin 40 km dərinliyində qeydə alınıb.

Yeraltı təkan Çibanın sərhəd qonşusu Kanaqava, Saitama və İbaraki əyalətləri ilə yanaşı Tokioda da hiss edilib. Çiba və Kanaqava əyalətində 4 nəfərin xəsarət aldığı bildirilib.

Digər tərəfdən zəlzələ dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Belə ki, Çiba əyalətində bəzi qatar reysləri ləğv edilib, bəzi reyslər isə təxirə salınıb.

JMA xəbərdarlıq edib ki, gələn həftə ərzində Çiba və ətraf əyalətlərdə 5 bal gücündə zəlzələ baş verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru