Moskvanı su basdı: “Sarı” hava xəbərdarlığı elan olundu - VİDEO

26-05-2023, 12:44           
Moskvanı su basdı:
Rusiya paytaxtı Moskvada güclü yağış səbəbindən bir neçə rayonda yolları və Yeni Moskvada çoxmərtəbəli binanı su basıb.

Bu barədə hadisə şahidləri sosial şəbəkələrdə məlumat veriblər.

Qeyd olunub ki, evlərdən birində su birbaşa elektrik şkafından axır və lifti su basıb. Küçələrdə və yollarda böyük gölməçələr əmələ gəlib. Həyətlərdə park edilmiş avtomobillər su altında qalıb, magistral yolda maşınlar sanki üzür.

“Budur, onlar üzür. Moskvada yağış yağır”, - deyə videolardan birinin müəllifi şərh edib.

Əlverişsiz hava şəraiti nəticəsində yollarda tıxac yaranıb. Həmçinin şəhər çıxışındakı yollarda da nəqliyyatın hərəkəti çətinləşib.
Paytaxtda güclü yağış və ildırımla əlaqədar “sarı” hava xəbərdarlığı elan edilib və xəbərdarlığın saat 21:00-dək qüvvədə olacağı bildirilib. Fövqəladə Hallar Nazirliyi paytaxt sakinlərini diqqətli olmağa çağırıb.

Paytaxtın nəqliyyat və yol-nəqliyyat infrastrukturunun inkişafı idarəsi də öz növbəsində sürücülərdən məsafəni saxlamalarını, qəfil manevrlərdən çəkinmələrini və avtomobil idarə edərkən diqqətlərini telefonla yayındırmamalarını xahiş edib.

Mənbə: İzvestiya












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.